İdman
"Gələcəkdə nə olacağını bilmirəm"
"Mançester Yunayted"in futbolçusu Eşli Yanq yayda klubunu dəyişmək ehtimalını istisna etmir. İngilis yarımmüdafiəçi bunları deyib: "Transfer pəncərəsi açılanda həmişə söz-söhbətlər ortaya çıxır.
"Leipzig" Çempionlar Liqasında oynamaya bilər
"Leipzig" klubu Almaniya Bundesliqasında Çempionlar Liqasına vəsiqə verən ilk 4-lükdə yerini təmin etməsinə baxmayaraq, gələn mövsüm Avropanın bir nömrəli klub turnirində iştirak etməyə bilər.
Türkiyə futbolu ŞOKDA: Arda, Burak və...
Simeone İtaliyaya köçə bilər
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone İtaliyaya köçə bilər. "İnter" klubu argentinalı çalışdırıcının xidmətində maraqlıdır. "Neradzurra" hazırkı baş məşqçi Stefano Pioli ilə mövsümün sonunda vidalaşmağı planlaşdırır. Milanlılar Simeoneyə 5 illik müqavilə təklif etməyə hazırlaşırlar. 47 yaşlı mütəxəssis bu təklifi qəbul etsə, ildə 10-11 milyon avro məvacib alacaq.
Harrinin yeni iş yeri məlum oldu
"Çelsi"nin sabiq futbolçusu Canfranko Zola ötən gün "Birminqem" klubundan istefaya göndərilib. Artıq yeni çalışdırıcının adı da açıqlanıb. 70 yaşlı Harri Rednapp Birminqem təmsilçisinə baş məşqçi təyin olunub. Rednapp "Tottenhem", QPR kimi klublarda və İordaniya millisində də çalışıb.
Levandovski, Hummels və Boatenq də Madridə aparılıb
"Bavariya" bu gün Çempionlar Liqasının 1/4 finalının "Real"a qarşı cavab görüşündə meydana çıxması sual altında olan əsas heyət üzvlərinin xidmətindən yararlana bilər. Madridə komanda ilə birlikdə hücumçu Robert Levandovski, həmçinin müdafiəçilər - Mats Hummels və Jerom Boatenq də yollanıblar.
"Real" - "Bavariya" matçını yayımlayacaq kanallar
Bu gün futbol meydanlarında bir sıra qarşılaşmalar keçiriləcək.
Bakıya az qaldı - Bu dəfə Fettel qalib gəldi
Formula-1 üzrə dünya çempionatının 2017-ci il üzrə üçüncü yarışı olan Bəhreyn Qran-Prisində "Ferrari" komandasının pilotu Sebastyan Fettel qalib gəlib.
Prosineçki "Valensiya"nı çalışdıracaq?
Millimizin baş məşqçisi Robert Prosineçki üçün növbəti iddia ortaya çıxıb. İspaniyanın "Valensiya" klubu xorvatiyalı mütəxəssisi baş məşqçi postuna gətirməyi düşünür.
"Çelsi"nin qapıçısı reklam çəkilişi zamanı zədələndi
"Çelsi"nin qapıçısı Tibo Kurtuanın zədəsi ilə bağlı məlumat yayılıb. Belçikalı qolkiperin NBA üçün reklam çarxının çəkilişi zamanı topuğundan zədələnib. Məşq meydançasında komandayoldaşları ilə basketbol oynayan Kurtua tullandığı anda topuq nahiyəsində ağrı hiss edib. Bu səbəbdən qolkiper "Mançester Yunayted"lə oyunu (0:2) buraxıb. O, İngiltərə Kubokunun yarımfinalında "Tottenhem"lə görüşdə də komandasına kömək edə bilməyəcək.
"Atletiko"dan antirekord
Futbol üzrə İspaniya La Liqasının XXXII turu çərçivəsində "Osasuna"nı qəbul edən "Atletiko" antirekordla yadda qalıb. Madrid təmsilçisi ölkə çempionatında ardıcıl 6-cı penaltini qola çevirə bilməməklə tarixə düşüb. "Atletico"nun 3:0 hesabı ilə qalib gəldiyi görüşdə qonaq komandanın qapıçısı Salvatore Siriqu 89-cu dəqiqədə Yannik Karraskonun, 1 dəqiqə sonra isə Tomas Parteyin zərbəsini dəf edib.
Enrike: "Yuventus"la oyuna, hətta 8 hücumçu ilə çıxa bilərik"
"Barselona"nın baş məşqçisi Luis Enrike "Yuventus"la Çempionlar Liqasının 1/4 final mərhələsində keçiriləcək cavab oyunu barədə danışıb. Gənc mütəxəssis itiriləcək heç nəyin qalmadığını bildirib.
"Barselona" - "Yuventus" matçının hakimi bəlli oldu
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək daha iki matçın hakimləri müəyyənləşib. "Monako" və "Borussiya" (Dortmund), həmçinin "Barselona" ilə "Yuventus" arasında aprelin 19-da baş tutacaq cavab qarşılaşmasının referiləri açıqlanıb.
Neymar: ""Yuventus"a lazımi qədər qol vuracağıq"
"Barselona"nın hücumçusu Neymar Çempionlar Liqasında yarımfinal şanslarını dəyərləndirib. Braziliyalı futbolçu növbəti dəfə futbol dünyasını şoka salmaq iqtidarında olduqlarını bildirib. "Sambaçı" 1/4 final mərhələsinin ilk matçında 0:3 hesabı ilə məğlub olduqları "Yuventus"dan bunun revanşını almağa çalışacaqlarını vurğulayıb.
"Bunu ingilislərə deməyin"
"Qranada"nın yeni baş məşqçisi Toni Adamsın debütü uğursuz alınıb. Bir müddət "Qəbələ"də də çalışan ingilis mütəxəsisin komandası "Selta"ya 0:3 hesabıyla uduzub.













