"Gələcəkdə nə olacağını bilmirəm"

"Mançester Yunayted"in futbolçusu Eşli Yanq yayda klubunu dəyişmək ehtimalını istisna etmir. İngilis yarımmüdafiəçi bunları deyib: "Transfer pəncərəsi açılanda həmişə söz-söhbətlər ortaya çıxır.

"Mançester Yunayted"in futbolçusu Eşli Yanq yayda klubunu dəyişmək ehtimalını istisna etmir. İngilis yarımmüdafiəçi bunları deyib: "Transfer pəncərəsi açılanda həmişə söz-söhbətlər ortaya çıxır. Mümkün qədər çox oynamaq istəyirəm. Gələcəkdə nə olacağını bilmirəm. Qalan oyunlara köklənmişəm. Məşqçi mənə oynamaq imkanı yaradanda bütün qüvvəmi göstərməyə çalışıram. Gərgin çalışıram, qələbələrə aclığım var. Əsas məqsədim meydanda çox vaxt keçirməkdir. Komandada rəqabət güclüdür. Müqaviləmin sonuna hələ 1 il var. Gələcəyimlə bağlı məşqçi ilə müzakirə aparacağq". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31