Prosineçki "Valensiya"nın "təklifini" cavablandırdı

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki "Valensiya" məsələsinə aydınlıq gətirib. Xorvatiyalı mütəxəssis "Valensiya"dan təklif alması xəbərini təkzib edib. İspaniya KİV-i 47 yaşlı çalışdırıcının yayda Azərbaycan yığmasını tərk edərək "yarasalar"ın "sükanı arxası"na keçəcəyini iddia etmişdi. Hətta onun menecerinin İspaniyaya yollanaraq, klub rəhbərliyi ilə görüşdüyü də vurğulanmışdı.

Lakin Prosineçki La Liqa təmsilçisindən ona hər hansı bir təklif gəlmədiyini söyləyib. Millimizin çalışdırıcısı ispanların, ümumiyyətlə, onunla əlaqə saxlamadıqlarını bildirib: "Valensiya" klubundan heç kim mənimlə əlaqə saxlamayıb".
 
Qeyd edək ki, Robert Prosineçki bir müddət əvvəl "Bursaspor" klubunun maraq dairəsində olub. Lakin tərəflər arasında danışıq müsbət nəticələnməmişdi. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31