İdman
Bakıda zədələnən futbolçu sağalmır
Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Andre Şürrle uzun müddətdi komandadan ayrı qalıb. Ulduz futbolçunun zədəsi sağalmaq bilmir. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da Bakıda keçirilən Azərbaycan - Almaniya qarşılaşmasının qəhrəmanı olan 26 yaşlı oyunçu ilə bağlı klubundan yeni açıqlama verilib. Məhz həmin görüşdə topuğundan xəsarət aldığı bildirilən Şürrle o vaxtdan bəri "Borussiya"nın heyətində meydana çıxa bilməyib. Klubun həkimləri onun hələ bir müddət də məşqlərdən kənarda qalacağını vurğulayıblar.
ÇL: "Qarabağ"ın püşkatmada yeri dəqiqləşdi
"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatmasında hansı səbətdə yer alacağı dəqiqləşib. İyunun 20-də keçiriləcək ilk iki təsnifat mərhələsinin püşkatmasına qatılacaq 15 komandanın səbətləri açıqlanıb.
AÇ-də II gün: Olimpiya mükafatçımız tatamiyə çıxır
Cüdo üzrə Avropa çempionatı davam edir. Bu gün daha 4 çəki dərəcəsində qalib bəlli olacaq. Qadın idmançılar arasında baş tutacaq 2 çəki dərəcəsində (63 kq, 70 kq) cüdoçumuz olmasa da, kişilərin mübarizəsində 3 həmyerlimiz tatamiyə çıxacaq.
İnyesta "Barselona"dan ayrılır?
"Barselona"nın kapitanı Andres İnyesta klubun yeni müqavilə təklifini qəbul etməyib. Ulduz futbolçu bunun üçün rəhbərliyin qarşısına şərtlər qoyub. Belə ki, təcrübəli yarımmüdafiəçi ilk növbədə klubun gələcək planları ilə tanış olmaq istəyir. Həmçinin İnyesta daha çox meydanda olmaq arzusundadı. O, cari mövsüm az matçda iştirak etdiyini düşünür. Nəhayət, "Barsa" rəhbərliyinin maaş təklifi 33 yaşlı pleymeykeri qane etmir.
""Mançester Yunayted"in əsas qapıçısı olmağa hazıram"
"Mançester Yunayted"in qapıçısı Serxio Romero komandanın əsas qapıçı olmağa hazır olduğunu bildirib. Argentinalı qolkiper "Anderlext"lə oyundan öncə bunları deyib: "Komandanın 1 nömrəsi olmaq üçün imkan həmişə var. Hər həftə bunun üçün məşqlərdə gərgin çalışıram.
Məşqçi: "Bədii gimnastika üzrə milli komandada əhval-ruhiyyə çox yaxşıdır"
Dünya Kuboku ərəfəsində bədii gimnastika üzrə Azərbaycan milli komandasında əhval-ruhiyyə çox yaxşıdır. Bunu qrup çalışmaları üzrə komandanın məşqçisi Meylya Basrieva deyib. Onun sözlərinə görə, komanda böyük səylə yarışlara hazırlaşır: "Qızlar yaxşı hazırlaşıb, ona görə də komandada əhval-ruhiyyə yüksəkdir. Gözləntilərimiz ondan ibarətdir ki, əvvəlcə qızlar yaxşı çıxış etsinlər, öz kompozisiyalarını göstərsinlər. Əlbəttə ki, biz medal gözləyirik".
"Qarabağ"ın ilk transferi
Ardıcıl dördüncü dəfə Azərbaycan çempionu adını qazanan "Qarabağ" vaxt itirmədən transfer çalışmalarına başlayıb. Ağdam klubu artıq bir futbolçu ilə ilkin razılığa gəlib. Söhbət "İnter"in müdafiəçisi Abbas Hüseynovdan gedir. İyunda 22 yaşını tamamlayacaq Hüseynov cari mövsüm bitəndən sonra "Qarabağ"a keçəcək. Tərəflər arasında minimum 2 illik müqavilənin imzalanmasına qərar verilib.
Çinlilər Fabreqası transfer etmək istəyirlər
"Milan"ın yeni sahibləri olan çinlilər yay üçün ilk transfer hədəfini müəyyənləşdirib. Yonq Hon Linin rəhbərlik etdiyi konsorsium "Çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqası heyətə cəlb etməyi düşünür. 120 milyon avroluq transfer büdcəsi ayıran rəhbərlik baş məşqçi Vinçezno Montellanın istəyi ilə oyun qurucusu və hücumçu almaq məqsədini qarşıya qoyub.
"Barselona"dan qol buraxmayacağımızı təsəvvür etmirdim"
"Yuventus"un canlı əfsanəsi Canluici Buffon Çempionlar Liqasının 1/4 final mərhələsində komandasının "Barselona"nı mübarizədən kənalraşdırmasına münasibət bildirib.
"Bavariya" şikayət etdi, UEFA araşdırmaya başladı
"Bavariya" Çempionlar Liqasının 1/4 final mərhələsində "Real"la keçirilən cavab oyunu ilə bağlı UEFA-ya şikayət edib. Münhen təmsilçisinin narazılığı qarşılaşmanın baş hakimi Viktor Kaşşai ilə yox, İspaniya polisi ilə bağlıdı.
Avropa çempionatı: İlk gündə 4 cüdoçumuz mübarizəyə başlayır
Bu gün Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatına start veriləcək. Yarışın ilk günündə fərdi mübarizədə 4 azərbaycanlı cüdoçu tatamiyə çıxacaq.
""Yuventus" qarşısında "şapka çıxarıram""
Çempionlar Liqasının 1/4 finalında üz-üzə gələn "Yuventus" - "Barselona" qarşılaşmasında sevinən turinlilər oldu. İlk oyunda 3:0 hesabı qalib gələn italiyalılar ikinci oyunda qapısını toxunulmaz saxlayaraq yarımfinala adlayıb. Matç başa çatdıqdan sonra hər iki komandanın baş məşqçiləri fikirlərini bölüşüblər.
Prosineçki "Valensiya"nın "təklifini" cavablandırdı
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki "Valensiya" məsələsinə aydınlıq gətirib. Xorvatiyalı mütəxəssis "Valensiya"dan təklif alması xəbərini təkzib edib. İspaniya KİV-i 47 yaşlı çalışdırıcının yayda Azərbaycan yığmasını tərk edərək "yarasalar"ın "sükanı arxası"na keçəcəyini iddia etmişdi. Hətta onun menecerinin İspaniyaya yollanaraq, klub rəhbərliyi ilə görüşdüyü də vurğulanmışdı.
"Dünya Kubokunda gimnastika ictimaiyyətimizin iştirakı çox vacibdir"
"Bakıdakı bədii gimnastika üzrə Dünya Kubokunda bizim gimnastika ictimaiyyətimizin iştirakı çox vacibdir". Bunu bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.
Ronaldu: "Məni fitə basmasınlar"
"Bavariya" mükəmməl komandadır. Ancaq biz "Real"ıq. Birinci hissədə bir və ya iki qol vura bilərdik. "Real" çətin qələbə qazanmağa öyrəşib. Bu sözləri "Real"ın futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.














