AÇ-də II gün: Olimpiya mükafatçımız tatamiyə çıxır
Cüdo üzrə Avropa çempionatı davam edir. Bu gün daha 4 çəki dərəcəsində qalib bəlli olacaq. Qadın idmançılar arasında baş tutacaq 2 çəki dərəcəsində (63 kq, 70 kq) cüdoçumuz olmasa da, kişilərin mübarizəsində 3 həmyerlimiz tatamiyə çıxacaq.
21 Aprel 2017 12:45 İdmanCüdo üzrə Avropa çempionatı davam edir. Bu gün daha 4 çəki dərəcəsində qalib bəlli olacaq. Qadın idmançılar arasında baş tutacaq 2 çəki dərəcəsində (63 kq, 70 kq) cüdoçumuz olmasa da, kişilərin mübarizəsində 3 həmyerlimiz tatamiyə çıxacaq.
73 kq
Olimpiya mükafatçımız Rüstəm Orucov yarışa 1/16 finalda qoşulacaq. O, bu mərhələdə Rodolf Kurtides (Kipr) - Andre Seppa (Estoniya) cütünün qalibini gözləyir.
Orucov kimi Hidayət Heydərovun da ilk döyüşü 1/16 finala təsadüf edəcək. Həmyerlimiz Reqimantas Rıbinas (Litva) - Xavyer Ramires (İspaniya) duelinin qalibi ilə üz-üzə gələcək.
81 kq
Yığmamızın perspektivli cüdoçusu Rüfət İsmayılovun Avropa çempionatında debütü ikinci mərhələdə olacaq. O, 1/16 finalda Kristian Toniste (Estoniya) ilə güləşəcək.
Qeyd edək ki, yarışın ilk günündə yığmamızın üzvlərindən Orxan Səfərovla (60 kq) Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıblar. Apasport.az