"Bu turnirin nə qədər çətin olduğunu gördük"

"Mançester Yunayted" Avropa Liqasının 1/4 final mərhələsində "Anderlext"i mübarizədən kənarlaşdırmaqla yoluna davam edir. "Qırmızı şeytanlar"ın Belçika təmsilçisi ilə cavab oyunu heç də asan keçmədi, Markos Roxo və Zlatan İbrahimoviç zədələnib.

Matçdan sonra komandanın baş məşqçisi Joze Mourinyo bunları deyib: "Biz rəqibin qapısına 17 zərbə endirdik, 10-u çərçivəyə getdi. Amma oyun ağır oldu. Statistikanı götürsək, tam üstünlüyə mlik olduğumuzu demək olar. Lakin heç də belə deyil. Premyer Liqadan Çempionlar Liqasına çıxa bilməsək, bütün gücümüzü Avroliqaya yönəldəcəyik. Bu turnirin nə qədər çətin olduğunu gördük. Yarımfinalda da bizə asan olmayacaq". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31