İdman

"İnter"in 3 futbolçusu "Neftçi"yə keçir

24 Aprel 2017 19:00

"İnter"in futbolçusu Nizami Hacıyev mövsümlərarası fasilədə "Neftçi"yə keçəcək. bunu "İnter"in baş məşqçisi Zaur Svanadze açıqlayıb.

Devid Bekhem mükafatlandırıldı

24 Aprel 2017 18:55

"Mançester Yunayted" və İngiltərə millisinin sabiq üzvü Devid Bekhem vətəninin Peşəkar Futbolçular Assosasiyası tərəfindən mükafatlandırılıb. 

"İnter" rəhbərliyi baş məşqçini fikrindən döndərə bildi

24 Aprel 2017 18:37

"İnter"in baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının 33-cü turunda "Fiorentina"ya 4-5 hesablı məğlubiyyətdən sonra istefa verib. Klub rəhbərliyi onu fikrindən döndərə bilib. Piolinin qərarını qətiləşdirməsi aprelin 30-da "Napoli" ilə baş tutacaq oyuna təsadüf edə bilər.

Raytoral niyə intihar etdi: Borc, yoxsa ayrılıq? - YENİLƏNİB - VİDEO

24 Aprel 2017 14:07

Özünü öldürən "Qaziantepspor" klubunun futbolçusu Frantsek Raytoralın intiharının səbəbləri araşdırılmağa başlanılıb. Raytoralın məşqə gəlmədiyini görən "Qaziantepspor"un futbolçuları bundan şübhələnərək, klub rəhbərliyinə məlumat veriblər. Rəhbərlik isə dərhal polisə müraciət edib. Nəticədə polis "Qaziantepspor"un üzvləri ilə birlikdə futbolçunun evinə yollanıb. Evə girdikdə isə asayiş keşikçiləri Raytoralın cəsədi ilə qarşılaşıblar. Şoka düşən "Qaziantepspor"un futbolçuları göz yaşlarına saxlaya bilməyiblər. 

Qrizmann Benzemadan geri qalır

24 Aprel 2017 11:55

"Atletiko"nun hücumçusu Antuan Qrizmann La Liqanın 33-cü turunda "Espanyol"la matçda 73-cü dəqiqədə fərqlənməklə komandasına qələbə qazandırıb.

"Barselona" "Real"ın rekordunu qırdı

24 Aprel 2017 11:14

"Barselona" səfərdə "Real"ın qonağı olub və 3:2 hesablı qələbə qazanıb. Kataloniya klubu primero "El Klasiko"ları tarixində ardıcıl 23-cü oyunda da qol vurmaqla "Real"ın 1969-cu ildəki rekordunu (22) qırıb. 

"Mançester Yunayted" - "Anderlext" oyununu izləyən 30 nəfər öldü

21 Aprel 2017 19:00

Nigeriyada Avropa Liqasının 1/4 finalında keçirilən "Mançester Yunayted" - "Anderlext" (2:1) qarşılaşmasını izləyən 30 insan həlak olub.

"Roma"nın yeni baş məşqçisi ispan ola bilər

21 Aprel 2017 18:55

"Roma"nın yeni baş məşqçisi Unay Emeri ola bilər. Belə iddia ilə "Corriere dello Sport" nəşri çıxış edib.

FİFA-dan "Qarabağ"a təbrik

21 Aprel 2017 18:50

"Qarabağ" Azərbaycan çempionu olması münasibətilə növbəti təbriki alıb. Bu dəfə FİFA Ağdam klubunu təbrik edib. Belə ki, ali futbol qurumunun rəhbəri Canni İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib.

"Meydanda "kişi mübarizəsi" getdi"

21 Aprel 2017 18:45

"Lion"un qapıçısı Antoni Lopeş "Beşiktaş"la oyundan sonra fikirlərini bölüşüb.   Lopeş "qara qartallar"ı azarkeşlərini xüsusi qeyd edib. "İstanbula gəlməzdən öncə "Vodafone Arena"nın şöhrəti bizə çatmışdı. Amma həmin ortamı görmədən deyilənləri təsəvvür etmək mümkün deyil. Bu stadion, həqiqətən, inanılmaz məkandır. Meydanda "kişi mübarizəsi" getdi.

Ronaldu və Ramosdan Levandovskiyə xahiş: "Real"a keç

21 Aprel 2017 18:40

"Real"ın futbolçuları Kriştianu Ronaldu və Serxio Ramos "Bavariya"nın hücumçusu Robert Levandovskinin Madrid klubuna transfer olunmağını istəyir. Madrid klubunun oyunçuların Çempionlar Liqasının 1/4 finalında  "Bavariya" ilə cavab matçından sonra polaşlı hücumçu ilə danışıqları olub. Onlar Levandovskidən "Real"a keçməyi xahiş ediblər.

"Bu turnirin nə qədər çətin olduğunu gördük"

21 Aprel 2017 18:35

"Mançester Yunayted" Avropa Liqasının 1/4 final mərhələsində "Anderlext"i mübarizədən kənarlaşdırmaqla yoluna davam edir. "Qırmızı şeytanlar"ın Belçika təmsilçisi ilə cavab oyunu heç də asan keçmədi, Markos Roxo və Zlatan İbrahimoviç zədələnib.

UEFA-dan fransalı müdafiəçiyə görə etiraz

21 Aprel 2017 18:33

UEFA Ümumdünya Antidopinq Agentliyini (WADA) Mamadu Sako ilə bağlı səhv qərar verməkdə ittiham edir. Fransalı müdafiəçi 2016-cı ilin aprelində 30 gün müddətinə futboldan kənarlaşdırılmışdı.

Şakira Pikeyə mahnı həsr edib

21 Aprel 2017 14:01

Kolumbiyalı müğənni Şakira "Barselona"nın müdafiəçisi Jerar Pike ilə münasibətindən bəhs edən mahnı yazdırıb. "Mən aşiq oldum" adlı sinql "Youtube"da yerləşdirilib. Şakira mahnıda ilk görüşdən Pikenin gözləri və saqqalını bəyəndiyini deyir. O, aralarında 10 yaş fərqi olmasına baxmayaraq, katalon futbolçuya aşiq olduğunu çatdırıb.