İdman
Messi: "Forma dəyişməyi yalnız Zidandan istəmişəm"
"Barselona"nın canlı əfsanəsi Lionel Messi karyerasında cəmi bir dəfə forma dəyişdirmək barədə xahiş etdiyi futbolçunun adını açıqlayıb.
"Mançester Yunayted" klub rekordunu təkrarladı
"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 26-cı turundan təxirə salınmış oyunda "Mançester Siti" səfərində heç-heçə edib - 0:0.
Qazaxıstanlı məşqçi: "Bakıdakı Dünya Kuboku çox vacib yarışdır"
"Azərbaycanda yarışlar hər zaman təntənəli şəkildə keçirilir". Bunu bədii gimnastika üzrə Qazaxıstan milli komandasının məşqçisi Svetlana Krasnikova deyib. Onun sözlərinə görə, Bakıdakı Dünya Kuboku çox vacib yarışdır: "Biz buraya tam heyətlə gəlmişik. İki fərdi gimnast və qrup komandası. Stabil çıxış etməyi gözləyirik. Bu mərhələ Astanada keçiriləcək Asiya çempionatına, eləcə də dünya çempionatına hazırlıq üçün yaxşı imkandır".
Ukraynalı məşqçi: "Azərbaycan Gimnastika Federasiyasının mükəmməl prezidenti var"
"Azərbaycan Gimnastika Federasiyasının mükəmməl prezidenti var - ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva". Bunu bədii gimnastika üzrə Ukrayna milli komandasının böyük məşqçisi İrina Deryugina deyib. Onun sözlərinə görə, Azərbaycanda gimnastika növlərinin inkişafı üçün görülən işlər hər bir ölkəni heyrətləndirə bilər.
"Kataloniya murdarları çempionluq iyini almayacaqlar"
"Malaga"nın sahibi Abdullah Al Tani maraqlı açıqlaması ilə gündəmə düşüb. "Malaga"nın baş məşqçisi Miçelin "Real"ın yetirməsi olması və 15 il bu klubun formasını geyinməsi Kataloniya mətbuatında müxtəlif söz-söhbətlərə səbəb olub. Azarkeşlər "Malaga"nın son turda "Real"a qəsdən məğlub ola biləcəyini düşünürlər.
Messiyə qarşı PLAN: "Meydana qandal və silahla çıxın"
İspaniya La Liqasının autsayderi "Osasuna" bu gün XXXIV tur çərçivəsində "Barselona"nın qonağı olacaq. "Osasuna"nın baş məşqçisi Peter Vasilyeviç oyunöncəsi təşkil edilən mətbuat konfransında rəqibin hücumçusu Lionel Messinin ünvanına tərif yağdırıb.
Naxçıvanda kikboksinq turniri
Sevgilisini itlərə yedirən futbolçu yenidən həbs olundu
Ötən ay azadlığa buraxılan braziliyalı qapıçı Bruno Fernandes yenidən həbs edilib. "Sambaçı" həyatının daha 15 ilini türmədə keçirəcək. Buna səbəb Fernandesin keçmiş sevgilisi Elizu Samudonun vəhşicəsinə qətlə yetirilməsində təqsirli bilinməsidi.
Paralimpiyaçılarla görüş keçirilib
IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla əlaqədar Azərbaycan Milli Paralimpiya Komitəsinin Cüdo idman növü üzrə kişilərdən və qadınlardan ibarət komandaları İsmayıllı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına qatılıblar.
Rəsul Çunayev: “Məşqçilərimizin tapşırıqlarını layiqincə yerinə yetiririk”
“IV İslam Həmrəliyi Oyunlarının Azərbaycanda keçirilməsinə az vaxt qalıb. Mən güləşçi olaraq, güləş yığma komandasının oyunlara hazırlıq prosesindən söz aça bilərəm. Bizim hazırlığımız yüksək səviyyədə gedir”. Bunu Avropa Oyunlarının qızıl medalçısı Rəsul Çunayev deyib.
MLS-də ən çox qazanan futbolçunun adı açıqlandı
ABŞ-ın "Orlando City" klubunun yarımmüdafiəçisi Kaka MLS-in ən ödənişli futbolçusu olub. Bu barədə "goal.com" Liqanın Həmkarlar İttifaqına istinadən məlumat yayıb. Statistikada müqavilə üzrə təmiz əmək haqqı əksini tapıb.
Boksçularımız Ukraynadan 3 medalla qayıdırlar
Ukraynanın Herson şəhərində kişi boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Nikolay Manqerin xatirəsinə hər olunan yarışda Azərbaycanı təmsil edən "Gilan" klubunun idmançıları 3 medal qazanıblar.
"Kumirim Andrey Şevçenkodur"
"Torino"nun gənc ulduzu Andrea Belotti yerli mətbuata müsahibə verib. İtaliyalı hücumçu bunları deyib: "Mənim üçün buraxılış qiymətimin 100 milyon avro olması əhəmiyyətli deyil. Transfer bazarındakı qiymətlər çox şişirdilir.
Marina Durunda bədii gimnastika üzrə Dünya Kubokunda iştirak etməyəcək
Azərbaycanlı gimnast Marina Durunda Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku yarışlarını zədə səbəbi ilə buraxmalı olacaq. Bunu milli komandanın baş məşqçisi Mariana Vasileva təsdiq edib. Milli komandanın lideri bir müddət əvvəl Fransada keçirilən Qran-pridə əlindən zədə alıb.
""Mançester Yunayted"lə hakimsiz oynamaq istərdim"
"Mançester Siti"nin yarımmüdafiəçisi aprelin 27-də "Yunayted"ə qarşı baş tutacaq oyun öncəsi hakimlikdən şikayətlənib. İngiltərə Kubokunun yarımfinalında "Arsenal"a 1:2 uduzan "Siti"nin 1 qolu sayılmamışdı.














