"Mançester Yunayted" klub rekordunu təkrarladı

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 26-cı turundan təxirə salınmış oyunda "Mançester Siti" səfərində heç-heçə edib - 0:0.

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 26-cı turundan təxirə salınmış oyunda "Mançester Siti" səfərində heç-heçə edib - 0:0.

Premyer Liqada məğlubiyyətsiz oyunlarının sayını 24-ə yüksəldən "qırmızı şeytanlar" klub rekordunu təkrarlayıb. "Yunayted" sonuncu dəfə 2016-cı ilin oktyabrında "Çelsi"yə 0:4 hesabıyla uduzmuşdu. Həmin tarixdən sonra keçirdiyi oyunların 13-də qalib gələn Joze Mourinyonun yetirmələri, 11 görüşdə bərabərliyə razılaşıb.  Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31