İdman
"Neftçi"də 4 rəsmi ayrılıq!
Azərbaycan Premyer Liqasında 2016-17 mövsümünü 7-ci pillədə başa vuran "Neftçi" vaxt itirmədən "təmizləmə işləri"nə başlayıb. Bu barədə apasport.az-a paytaxt klubunun baş məşqçisi Elxan Abdullayev məlumat verib. O bildirib ki, artıq 4 oyunçu ilə yollarını ayırıblar. Müqavilə müddəti başa çatan müdafiəçi Jairo Rodriges düşərgəni tərk edərək vətəni Braziliyaya dönüb. Onunla yanaşı, qapıçı Maksim Vaylo, müdafiəçi Kamal Qurbanov və yarımmüdafiəçi Murad Ağayev də "Neftçi"nin gələn mövsüm üçün planlarına daxil edilməyib.
Azərbaycan futbol yığmasının İslamiadada keçirəcəyi qrup oyunlarına bütün biletlər satılıb
Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandasının "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarındakı qarşılaşmaları üçün satışa çıxarılan bütün biletlər satılıb. Bu barədə Oyunların Əməliyyat Komitəsindən məlumat verilib.
Güləşçilərimiz İzmirdən medalla qayıdıb
Türkiyə Respublikasının İzmir şəhərində Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə yeniyetmə güləşçilər arasında 20-ci beynəlxalq turnir keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, turnirdə yeniyetmə qızlardan ibarət yığma komandamızın üzvləri iştirak edib. Güləşçilərimiz turniri 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Bütün rəqiblərindən üstün olan Şahanə Nəzərova (38 kq) və Ayşən Yusifova (40 kq) turnirin qızıl medalını qazanıb. 49 kq-da mübarizə aparan Sevinc Əhədova gümüş medala yiyələnib. Bürünc medalları isə yığmamıza Yasəmən Məcidli (43 kq) və Jalə Əliyeva (56 kq) qazandırıb.
Məmmədyarov yenə birinci oldu
Bolqarıstan idmançısı bədii gimnastika üzrə Dünya Kubokunda qalib gəldi
Türkiyə vətəndaşı "Bakı Marafonu"nun qalibi oldu
Bədii gimnastika üzrə Dünya Kubokunda iki növ üzrə finalçılar məlum oldu
Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda halqa və topla fərdi çıxışlarda təsnifat mərhələsi başa çatıb. Halqa ilə hərəkətlərdə finala Rusiya təmsilçiləri Aleksandra Soldatova və Arina Averina, israilli Nikol Zelikman və Viktoriya Filanovski, ABŞ gimnastları Evita Qriskenas və Kamilla Fili, belaruslu Alina Harnasko və Bolqarıstan nümayəndəsi Neviana Vladinova çıxıb.
Bakı "İnter"i bütün futbolçularını komandada saxlamağa qərar verib
Bakının "İnter" klubunda Müşahidə Şurasının iclası keçirilib. Bu barədə klubun icraçı direktoru Rəmiş Malıyev məlumat verib.
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. Çempionluq yoluna həsr olunan mərasimdə qonaqlar möhtəşəm xoreoqrafiya nömrələri ilə müşayiət olunan "Gəlin çempionlara baxaq və çempion olaq" adlı parlaq kompozisiyaya baxa bilərlər.
Fransa gimnastı: "Bakıda keçirilən turnirləri səbrsizliklə gözləyirəm"
"Mən hər dəfə Bakıda keçirilən bədii gimnastika üzrə beynəlxalq tədbirləri səbrsizliklə gözləyirəm". Bunu fransalı gimnast Kseniya Mustafayeva deyib. Onun sözlərinə görə, burada tamaşaçılar gimnastları çox gözəl dəstəkləyir.
Bakı Marafonu 2017
Aprelin 30- da Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin və Bakı Olimpiya Stadionunun dəstəyi ilə “Bakı Marafonu - 2017” təşkil olunacaq. Marafon idmanın inkişafına dəstək olmaq və sağlam həyat tərzini təbliğ etmək məqsədilə keçirilir.
"Qalatasaray"da erməni futbolçu?
Yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Qalatasaray"ın transfer etmək istədiyi futbolçulardan birinin adı bəlli olub. İstanbul nəhəngi Ermənistanın "Şirak" klubunda forma geyinən Vahan Bıçakçıyanı rənglərinə bağlamaq istəyir. İddialara görə, "sarı qırmızılar"ın rəhbərliyi uzun müddətdi skautlar tərəfindən izlənilən 18 yaşlı futbolçu ilə danışıqlara rəsmən başlayıb. Ancaq klub rəsmi saytı vasitəsi ilə yayılan xəbərləri təkzib edib. Bildirilib ki, Bıçakçıyan istənilən məbləğ qarşılığında Türkiyə klublarına satmayacaq: "Şirak" klubu olaraq heç bir Türkiyə klubundan təklif almamışıq. Əgər təklif olsa belə, futbolçumuz və ya klubumuz bu keçidə razılıq verməyəcək".
İkiqat dünya çempionu Bakıda Dünya Kubokunda maksimum nəticə göstərməyə çalışacaq
"Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda maksimum nəticə göstərməyə və finalda hər şeyi düzgün etməyə çalışıram". Bunu rusiyalı gimnast, ikiqat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova deyib.
IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş idman tədbirləri başa çatdı
IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri başa çatıb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Şirvan Olimpiya İdman Kompleksində sərbəst güləş və Yunan-Roma, Respublika Olimpiya Manejində atletika, Bakı Ağ Şəhər bulvarı ərazisindəbasketbol, Şəmkir Olimpiya İdman Kompleksində taekvando idman növləri üzrə zona yarışları keçirilib. 800 nəfərə yaxın məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Şirvan, II yerə İmişli, III yerə Xocavənd, Yunan-Roma güləşi idman növü üzrə I yerə Şirvan, II yerə Sabirabad, III yerə Beyləqan, atletika idman növü üzrə I yerə Nizami, II yerə Nərimanov, III yerə Xəzər, basketbol idman növü üzrə I yerə Nərimanov, II yerə Xətai, III yerə Nizami, taekvando idman növü üzrə I yerə Şəmkir, II yerə Gəncə, III yerə Tovuz rayon və şəhərlərin komandaları layiq görülüb.
Şəfəq Hüseynli: “Qadağan olunmuş maddələrin siyahısı hazırlanıb”
“Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) fəal formada fəaliyyətə başlayıb. Biz artıq yarış zamanı və yarışdankənar bir neçə cür testlər aparmışıq. AMADA beynəlxalq federasiyalar tərəfindən bir çox sifarişlər alıb. Hazırda həmin sifarişləri həyata keçiririk”. Bunu Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli deyib.














