FİFA-dan "Qarabağ"a təbrik
"Qarabağ" Azərbaycan çempionu olması münasibətilə növbəti təbriki alıb. Bu dəfə FİFA Ağdam klubunu təbrik edib. Belə ki, ali futbol qurumunun rəhbəri Canni İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib.
21 Aprel 2017 18:50 İdman"Qarabağ" Azərbaycan çempionu olması münasibətilə növbəti təbriki alıb. Bu dəfə FİFA Ağdam klubunu təbrik edib. Belə ki, ali futbol qurumunun rəhbəri Canni İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib. FİFA-nın prezidenti "Qarabağ"a daha böyük uğurlar arzulayıb. Apasport.az