"Belə oyunçularla qarşımızı almaq çətindir"

"Mançester Yunayted"in müdafiəçisi Lyuk Şou komandanın Avropa Liqasında qalib olmaq üçün güclü heyətə malik olduğunu qeyd edib.

"Mançester Yunayted"in müdafiəçisi Lyuk Şou komandanın Avropa Liqasında qalib olmaq üçün güclü heyətə malik olduğunu qeyd edib. İngilis futbolçu bunları deyib: "Sunderland"lə oyundakı qələbə, həqiqətən, parlaq və vacib idi. İlk dördlük üçün mübarizəni davam etdirmək baxımından qələbə bizə çox lazım idi. Bu nəticə mövsümün sonunu uğurlu keçirməyə bizi istiqamətləndirəcək. "Anderlext"lə qarşılaşmanın da əhəmiyyəti böyükdür. Avroliqada bütü oyunlara final kimi yanaşmalıyıq. Bu turnirin qalibi olmaq istəyirik. Belə oyunçularla qarşımızı almaq çətindir". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31