Ronaldu ehtiyatda, Benzema tribunada, Beyl evdə...

"Real"dan qisas almaq fikrim yoxdur. Mən ancaq komandamın qələbə qazanmasını istəyirəm. Florentino Pereslə 1/4 finalın püşkünü müzakirə etməmişəm. Matç günü biz normal qaydada bir-birimizi salamlayacağıq.

"Real"dan qisas almaq fikrim yoxdur. Mən ancaq komandamın qələbə qazanmasını istəyirəm. Florentino Pereslə 1/4 finalın püşkünü müzakirə etməmişəm. Matç günü biz normal qaydada bir-birimizi salamlayacağıq. Bu sözləri "Bavariya"nın baş məşqçisi Karlo AnçelottiÇempionlar Liqasının 1/4 finalında "Real"la oyun öncəsi deyib.

O, Madrid klubunun hücum üçlüyünə yaxşı bələd olduğunu bildirib: "Onlarsız "Real" o qədər də təhlükəli olmazdı. Yəqin ki, Zinəddin Zidan da fikrimlə razılaşar. Ronaldunu ehtiyatda, Benzemanı tribunada, Beylin isə evdə olmasını istərdim".

Qeyd edək ki, K.Ançelotti 2013-2015-ci illərdə "Real"ı çalışdırıb. Komandanın uğursuz çıxışına görə klubun prezidenti Florentino Peres Ançelottini istefaya göndərib. Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31