Pepe: "Son saniyəyə kimi gözləyəcəm"
"Real"ın futbolçusu Pepe gələcək karyerası ilə bağlı açıqlama verib. O, Madrid klubunda qalmaq istədiyini deyib: "Hadisələrin necə cərəyan edəcəyini ancaq Allah bilir. "Real"la müqaviləmin müddəti iyunun 30-da başa çatacaq. Amma mən son saniyəyə kimi gözləyəcəm. Ümid edirən ki, Madrid klubu ilə yeni müqavilə imzalayacam".
10 Aprel 2017 18:50 İdman"Real"ın futbolçusu Pepe gələcək karyerası ilə bağlı açıqlama verib. O, Madrid klubunda qalmaq istədiyini deyib: "Hadisələrin necə cərəyan edəcəyini ancaq Allah bilir. "Real"la müqaviləmin müddəti iyunun 30-da başa çatacaq. Amma mən son saniyəyə kimi gözləyəcəm. Ümid edirən ki, Madrid klubu ilə yeni müqavilə imzalayacam".
Qeyd edək ki, Pepenin "Real"la 2, Madrid klubunun isə 1 illik müqavilə imzalamaq istədiyi bildirilir. Bununla bağlı tərəflər arasında hələ də razılıq əldə olunmadığı iddia edilir. Qol.az