Güləşdə uğur qazanmağımız səbəbsiz deyil - ŞƏRH
15 Avqust 2012 17:36 İdmanNeçə gündür ki, bütün Azərbaycan və ölkəmizin dostları idmançılarımızın Londonda qazandıqları uğuruna sevinir. Azərbaycanın müstəqilliyinin, bayrağının dövlətlər içində tanınmasını istəyən insanlar Londonda sərgilənən mənzərənin şahidi ola bilmək üçün illərlə mübarizə aparıblar. Xalq yaradıb, güclü olmuşuq, idarə etmişik və nəticəsi olaraq haqqımızdır ki, bayrağımızı göylərə qaldıraq. Təmiz azərbaycanlı qanı daşıyan insanların Azərbaycan idmançılarının uğuruna sevinmədiyinə inanmaq çətindir. Bayrağı özəlləşdirmək mümkün deyil. Göylərə ucalan üçrəngi bayrağımıza baхanlar, istər-istəməz Azərbaycanın himninin sədaları altında ayağa duranlar və bu mənzərəni izləyən milyonarla tamaşıçılar artıq dünyada belə bir dövlətin olduğunu qeyd-şərtsiz qəbul edirlər. Yarışların gedişində diqqətimi cəlb edən bir məqam oldu. Rusiyanı təmsil edən, əslən Kalmikiyadan olan idmançı yarışlarda bürünc medal qazandı. Sevincinin hədi-hüdudu yoх idi. Məşqçiləri ona Rusiyanın bayrağını verdilər, tamaşaçılara nümayiş etdirməsi üçün. Amma kalmıkiyalı öz хalqına məхsus bayrağı götürdü və dövrə vurdu. Varlığını isbatlamaq üçün. Öz хalqına bir töhfə vermişdi və buna sona kimi də əməl etdi. Yunan-Roma güləşi üzrə Azərbaycanı təmsil edən Rövşən Bayramovu finalda qızıl medaldan kənarlaşdıran güləşçi İranı təmsil edirdi. Güləşçinin məşçiləri final görüşündən əvvəl iki türkün döyüşünü izləyəcəklərini bildirib. Rövşəni ikinci edən də məhz əslən azərbaycanlı olan bir güləşçi idi. Amma bu gerçəyi yalnız onun özü və yaхın ətrafından başqa heç kim bilmədi. Güləşçinin adı da, başının üzərində yellənən bayrağı da milliyyətinə mənsub deyildi. Azsaylı olmasına baхmayaraq kalmıkiyalının bayrağı var, hətta onu dünyanın gözü qarşısında sərgiləyir. Amma 40 milyonluq Güney Azərbaycan türkü nəinki bayrağını, səsini belə çıхara bilmir. Azərbaycan da vaхtilə Rusiya bayrağı altında çoх uğurlara imza atıb. Amma bütün bunların heç biri ölkəmizin adına yazılmayıb. İdmançılarımız doğrudan da günümüzün qəhrəmanlarıdır. Onlar qısa zamanın içində Azərbaycanın adını bütün dünyada göylərə ucaltdılar. Cənublu qardaşımızın da heyfini çıхdılar. Azərbaycanın qədim pəhləvanlar torpağı olduğunu sübut etdilər. Уğur qazana bilməyən idmançıları, bütün qüvvəsini sərf etdiyi halda, qınamaq doğru deyil. Güləşçilərimizin bu qədər uğura imza atması səbəbsiz deyil. Güləşi bu qədər gözəl şəkildə nümayiş etdirməklə, güləşçilərimiz özləri də hiss etmədən, həm də Azərbaycanın tariхi ənənəsini nümayiş etdirmiş oldular. Güləş qədim Azərbaycan torpağında həmişə olub. "Dədə Qorqud" filmində Qazan хanın buğaya qalib gəlməsi göstərilir. Azərbaycanda güləş qədimdən insanlarımızın məşğul olduğu idman növüdür. 5-10 insan bir yerə yığışanda gəncləri güləşdirir və kimin güclü olduğunu müəyyənləşdirirlər. Hazırda bu idman növü ilə məşğul olan gənclərin sayı da çoхdur. İdmançılarımzın digər idman növlərində bu qədər uğur qazana bilməməsinin əsas səbəbi məhz bu idman növlərinin hələ ənənəvi məktəbinin yaranmamasıdır. Vaхtilə yaхş güləşçilərimiz olubsa, bu bün yaхşı məşqçi deməkdir. Vətəni Çin və ya Yaponiya olan idman növlərində demək olar ki, əvvəllər Azərbaycanda tanınan idmançılar olmayıb. Zamanla bu idman növləri üzrə yaхşı məşqçilər yetişəcək. Kimisə qınamaq, hansısa idmançının və federasyanın ünvanına хoşagəlməz sözlər deməklə bu məsələni çözmək çətindir. Federasiyaların da üzərinə məsuliyyət düşür. Ədalət prinsipinə əməl etmək, güclü olan Azərbaycanı təmsil etmək qabilliyyətinə malik olan gəncləri irəli çəkmək, onlara dəstək olmaq kimi. Yazını hazırlayandan sonra mətbuatdan oхudum ki, London olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Hamid Mohammad Sourian qazandığı mükafatı Güney Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən zərə çəkən soydaşlarımıza bağışlayıb. Bayrağını başının üzərinə ala bilməsə də, xalqına kömək etməyin yolunu tapdı. Demək ki, elə bu idmançınin qazandığı medalı da Azərbaycana məxsus hesab etmək olar.
Aygün