PSJ David Luisi ictimaiyyətə təqdim etdi

PSJ 40 milyon avroya "Çelsi"dən heyətinə cəlb etdiyi David Luisi ictimaiyyətə təqdim edib. Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, yeni klubunda 32 nömrəli forma geyəcək braziliyalı oyunçu çox həyəcanlandığını deyib: "Özümü ilk dəfə futbol oynayan uşaq kimi hiss edirəm. Tez bir zamanda meydana çıxıb komanda yoldaşlarımla uğur qazanmaq istəyirəm".

Qeyd edək ki, D.Luis Paris təmsilçisi ilə beş illik müqavilə imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31