Çempionlar Liqası: "pley-off" mərhələsinin püşkü atılır
8 Avqust 2014 10:51 İdmanBu gün Çempionlar Liqasında "pley-off" mərhələsinin püşkü atılacaq.Milli.Az qol.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.Püşkatmada 20 komanda iştirak edəcək ki, bunlardan 15-i III təsnifat mərhələsinin qalibləri, 5-i isə mübarizəyə birbaşa qoşulan klublardır. III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Zalsburq" klubu səpələnmişlər səbətində qərarlaşıb ki, bu da Avstriya təmsilçisini nisbətən zəif rəqiblə qarşılaşdıracaq.Türkiyənin "Beşiktaş" klubu isə səpələnməmişlər səbətində yer alıb. İstanbul təmsilçisinin 5 potensial rəqibi artıq bəllidir. "Beşiktaş" həlledici mərhələdə "Arsenal" (İngiltərə), "Portu" (Portuqaliya), "Zenit" (Rusiya), "Bayer" (Leverkuzen, Almaniya) və "Napoli" (İtaliya) komandalarından biri ilə üz-üzə gələcək.Qeyd edək ki, Çempionlar Liqasının "pley-off" mərhələsinin oyunları 19-20 və 26-27 avqust tarixlərində keçiriləcək.
Səpələnmişlər:
"Zalsburq" (Avstriya)
"Styaua" (Rumıniya)
APOEL (Kipr)
BATE (Belarus)
"Ludoqorets" (Bolqarıstan)
Səpələnməmişlər:
"Maribor" (Sloveniya)
"Legiya" (Polşa)
"Slovan" (Slovakiya)
"Malmö" (İsveç)
"Olborq" (Danimarka)
Qeyri-çempionlar:
Səpələnmişlər:
"Arsenal" (İngiltərə)
"Portu" (Portuqaliya)
"Zenit" (Rusiya)
"Bayer" (Leverkuzen, Almaniya)
"Napoli" (İtaliya)
Səpələnməmişlər:
"Atletik" (Bilbao, İspaniya)
"Lill" (Fransa)
"Kopenhagen" (Danimarka)
"Standart" (Belçika)
"Beşiktaş" (Türkiyə)