"Neftçi" qələbə qazandı

"Çixura"nı 3-2 hesabı ilə məğlub edən "ağ-qaralar" azarkeşlərini sevindirib

  Bakının "Neftçi" futbol klubu Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində növbəti mərhələyə adlayıb.

ANS PRESS-in məlumatına görə, Gürcüstanda yerli "Çixura"nı 3-2 hesabı ilə məğlub edən "ağ-qaralar" azarkeşlərini sevindirib.

Qeyd edək ki, "Neftçi" ilə yanaşı, Avropa Liqasının pley-off mərhələsində daha bir komandamız - Çempionlar Liqası ilə vidalaşan "Qarabağ" da mübarizə aparacaq.

23.13

"Çixura"nın oyunçusu Giorgi Gabedava 50-ci dəqiqədə özünün və komandasının 2-ci topunu vurub: 2-3.

22.40

Nfor bakılıları 3-cü dəfə sevindirib.

ANS PRESS-in məlumatına görə, 3-cü qolu 38-ci dəqiqədə "Çixura"nın qapısından yenə də Nfor keçirib.

22.32

Bakının "Neftçi" futbol klubunun oyunçusu Nfor "Çixura"nı yenidən məyus edib: 0-2.

ANS PRESS-in məlumatına görə, oyunun 27-ci dəqiqəsində Nfor bakılıları ikiqat sevindirib.

Bir dəqiqə sonra isə "Çixura" 30-cu dəqiqədə ilk topunu vurub. Giorgi Gabedava Gürcüstan azarkeşlərini ayağa qaldırıb: 1-2.

22.22

Çixura - Neftçi matçında hesab dəyişib: 0-1.

ANS PRESS-in məlumatına görə, qolu gürcüstanlıların qapısından 16-cı dəqiqədə Nfor keçirib.

22.16

Bu gün futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçları keçirilir.

ANS PRESS-in məlumatına görə, Azərbaycan kubokunun sahibi "Neftçi" bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərinin "Mixail Mesxi" stadionunda yerli "Çixura" komandası ilə görüşür.

Bakı vaxtı ilə saat 22.00-da başlayan oyunda hazırda 15-ci dəqiqə gedir, hesab açılmayıb.

Qeyd edək ki, matçı Macarıstandan olan referi Tamaş Boqnar idarə edir.

Bakıda baş tutan ilk oyunda hesab açılmamışdı: 0-0.

Xatırladaq ki, komandalar meydana bu heyətlə çıxıb:

"Çixura": Maksime Kvilitaia, Jambul Liqauri, Giorgi Kimadze, Laşa Katçukudze, Giorgi Datunaisvili, Şota Kaşia, David Odikadze (k), Besik Dekanoidze, Giorgi Rekviaşvili

Ehtiyat oyunçular: Zurab Mtşkeraşvili, Laşa Telidze, Tornike Mamladze, Laşa Çikvaidze, Giqa Bechvaia, Tenur Nadiradze

"Neftçi": Saşa Stamenkoviç, Karlos Kardozo, Elvin Yunuszadə, Bruno Bertuççi, Araz Abdullayev, Flavinyo (k), Julius Vobay, Erik Ramos, Sesilyo Kaue, Mirhüseyn Seyidov, Ernest Nfor   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31