Huşunu itirən futbolçularla bağlı şok qərar

İngiltərə Futbol Assosiasiyası sərt bir qərar verib. Qurum futbolçuların sağlamlığını düşünərək bir addım atıb. Milli.Az publika.az-a istinadən xəbər verir ki, oyun zamanı huşunu itirən futbolçulara meydana qayıtmağa icazə verilməyəcək. Assosiasiya buna belə aydınlıq gətirib: "Bu hadisə ölümlə nəticələnə bilər". Amma huşunu itirməyən futbolçuların geri qayıtmaq şansı qalır. Buna görə futbolçu mütləq tibbi müayinədən keçməlidir. Bundan sonra onun qayıtması ilə bağlı qərar verilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31