Nizami Hacıyevin yeni klubu bəlli oldu

"Qəbələ"dən ayrılan Nizami Hacıyevin yeni klubu artıq məlumdur.  Təcrübəli yarımmüdafiəçi karyerasını sabiq komandası olan Bakı "İnter"ində davam etdirəcək. Bu barədə Qol.Az saytına paytaxt klubunun mətbuat xidmətindən məlumat verilib. "İnter" artıq Hacıyevlə hərtərəfli razılığa gəlib və bugünlərdə onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, N.Hacıyev 2007/2008 və  2010/2013 mövsümündə "İnter"in şərəfini qoruyub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31