"Neftçi" ilə oyun "Bursaspor" matçından da çətin olacaq"
7 Avqust 2014 20:30 İdmanGürcüstanın "Çixura" klubunun kapitanı David Odikadze Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu axşam qarşılaşacaqları "Neftçi" ilə görüş haqda danışıb. Qol.Az-ın məlumatına görə, Bakı "İnter"inin sabiq futbolçusu Gürcüstan mətbuatına açıqlamasında "Neftçi" ilə oyunun onlar üçün çətin keçəcəyini bildirib: "Bursaspor" səddini keçdik və hər kəs bizdən yenə uğur gözləyir. Ancaq "Neftçi" ilə oyun "Bursaspor" matçından da çətin olacaq. Qəzəbli azarkeşlərimiz qarşısında qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Azərbaycanda belə aqressiya gözləmirdim. 90 dəqiqə ərzində azarkeşlərin xoşagəlməz şüarlarını eşitmək heç də yaxşı deyildi. Təbii ki, belə təzyiq altında oynamaq çətin idi, ancaq futbolda belə şeylər olur. Bunu düşmənçiliyə çevirməməliyik. Azərbaycanlı qonaqlarımız Gürcüstana xoş gəliblər".
Qeyd edək ki, bu gün Tiflisin "Mixail Mesxi" stadionunda keçiriləcək "Çixura" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüşdə qapılara qol vurulmamışdı - 0:0.