İbrahimoviçdən möhtəşəm statistika
7 Avqust 2014 20:25 İdmanPSJ-nin hücumçusu Zlatan İbrahimoviç uğurlu statistikası ilə diqqət çəkir. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, isveçli hücumçu son 13 ildə oynadığı klublarla 11 dəfə çempion olmağı bacarıb. Futbolçu karyerasına "Malmö"də başlayan İbrahimoviç "Ayaks" (2), "Yuventus" (2), "İnter" (3), "Barselona" (1), "Milan" (1) və PSJ (2) klublarında ölkə çempionluğu sevinci yaşayıb.
Qeyd edək ki, İbrahimoviçin şərəfini qoruduğu PSJ bu mövsüm də Fransa Liqasını qazanmağa əsas favoritdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31