“Bakı”dan növbəti rəsmi transfer

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Bakı" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisi son olaraq "Simurq"da çıxış etmiş Rövşən Əmiraslanovla bir illik müqavilə imzalayıb. Bu bardədə  Qol.Az saytına futbolçu özü məlumat verib.  Təcrübəli yarımmüdafiəçi "İnter" və "Qəbələ" kimi klubların da şərəfini qoruyub. Xatırladaq ki, "Bakı" yay fasiləsində qapıçı Elməddin Məmmədovu və yarımmüdafiəçi Nuran Qurbanovu da transfer edib.     

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31