"Qəbələ" Nizami Hacıyevlə yolları ayırdı

"Qəbələ" qarşılıqlı razılaşma əsasında yarımmüdafiəçi Nizami Hacıyevlə yollarını ayırıb. Qol.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 2013-2014 mövsümündən "Qəbələ"də oynayan N.Hacıyev sözügedən klubda son rəsmi matçına Avropa Liqasında "Şiroki Briyeq" komandasına qarşı keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31