"Beşiktaş" Kosta-Rika millisinin kapitanı ilə razılığa gəldi

"Beşiktaş" heyətinə daha bir futbolçu cəlb etmək üzrədir. Qol.Az-ın "Hürriyet" qəzetinə istinadən yaydığı xəbərə görə, "qara qartallar" DÇ-2014-də uğurlu çıxışı ilə seçilən Kosta-Rika millisinin futbolçusu Brayan Ruizlə razılığa gəlib. "Fulhem"də oynayan B.Ruizlə bu həftə müqavilə imzalanacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31