33 iştirakçı məlum oldu: "Qarabağ" da onların arasındadır

Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək 62 komandadan 33-ü müəyyənləşib

Apasport.az saytının məlumatına görə, mübarizəyə birbaşa bu raunddan başlayacaq 18 komandaya Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində uğursuzluğa düçar olmuş 15 komanda da qoşulub. Bu 33 komandadan biri Azərbaycan çempionu "Qarabağ"dır. Avstriya "Zalsburq"una uduzan və bununla da qitənin ən nüfuzlu turnirini tərk edən "Qarabağ"lılar mübarizəni daha zəif yarışda davam etdirəcəklər. Pley-offun digər 29 iştirakçısı bu gün bilinəcək. Bunlar Avropa Liqasının III təsnifat mərhələsinin qalibləri olacaq. Azərbaycan kubokunun qalibi "Neftçi" də "Qarabağ"a qoşula bilər. Bunun üçün bakılılar Gürcüstan "Çixura"sını adlamalıdırlar. Pley-offda oynayacağı bəlli olan 33 komandadan 19-nun yüksək reytinqlilər səbətində olacağı dəqiqdir. Bu komandalar "zəiflər" arasında olan "Qarabağ"ın potensial rəqibləridir. Onlar arasında Çempionlar Liqası son təsnifat mərhələsinin 7 uğursuzu və birbaşa mübarizəyə başlayan 12 komanda var. İtaliya "İnter"i, "Tottenhem", "Vilyarreal", Mönhenqladbax "Borussiya"sı da bu rəqiblərdəndir. Nisbətən münasib komandalar isə "Şerif" və "Dnepr"dir. Bu 19 komanda mərhələ adlayacağı halda "Neftçi"nin də potensial rəqibləridir.

AVROPA LİQASI

Pley-off mərhələsi

Yüksək reytinqlilər

Birbaşa mübarizəyə qatılanlar

"İnter" (İtaliya), "Tottenhem" (İngiltərə), "Vilyarreal" (İspaniya), "Tvente" (Hollandiya), "Metallist" (Ukrayna), PAOK (Yunanıstan), "Borussiya" (M, Almaniya), "Lokomotiv" (Rusiya), "Trabzonspor" (Türkiyə), "Rapid" (Avstriya), "Sürix" (İsveçrə), "Nasional" (Portuqaliya).

Çempionlar Liqasından gələnlər

"Seltik" (Şotlandiya), "Panatinaikos" (Yunanıstan), "Dnepr" (Ukrayna), "Dinamo" (Xorvatiya), "Sparta" (Çexiya), "Makkabi" (Təl-Əviv, İsrail), "Şerif" (Moldova)

Aşağı reytinqlilər

Birbaşa mübarizəyə qatılanlar

"Sent-Etyen" (Fransa), "Rostov" (Rusiya), "Midtulland" (Danimarka), "Apollon" (Kipr), "Zvolle" (Hollandiya), "Lokeren" (Belçika),

Çempionlar Liqasından gələnlər

"Partizan" (Serbiya), "Feyenoord" (Hollandiya), "Debretsen" (Macarıstan), "Qrasshoppers" (İsveçrə), "Aktobe" (Qazaxıstan), AEL (Kipr), "QARABAĞ" (AZƏRBAYCAN), HİK (Finlandiya).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31