Dünya çempionatının ulduzu “Beşiktaş”da
7 Avqust 2014 12:27 İdman"Beşiktaş" Kosta Rika yığmasının ulduz futbolçusu Brian Ruizi transfer etməyə yaxındır. Lent.az-ın "Hürriyət" qəzetinə istinadən verdiyi xəbərə görə, "Qara qartallar"-ın İngiltərənin "Fulhem" klubunda çıxış edən B.Ruizlə bu həftə müqavilə imzalaması gözlənilir. Kosta Rika yığmasının kapitanı B.Ruiz bu yay Braziliyada keçirilən dünya çempionatında oynadığı oyunla diqqət mərkəzinə düşmüşdü.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31