A A A “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq.Modern.az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz "Qarabağ" da bu gün meydana çıxıb.Qurban Qurbanovun komandası səfərdə Avstriyanın "Zalsburq" klubu ilə üz-üzə gələcək.  Doğma meydanda rəqibinə 2:1 hesabı ilə qalib gələn Ağdam klubu səfərə böyük ümidlərlə yollanıb.Komandamız güclü "Zalsburq"la oyunda uğurlu nəticə qazanmaqla play-off mərhələsinə yüksələ bilər. Bu, baş verərsə,  Qurban Qurbanovun komandası Azərbaycan futbolu tarixinə düşəcək. Çünki indiyədək klublarımızdan heç biri Çempionlar Liqasının play-off mərhələsinə yüksələ bilməyib. "Qarabağ"ın bu işin öhdəsindən necə gələcəyi böyük maraqla gözlənilir.

***
Avstriyanın "Zalsburq" klubu Ağdamın "Qarabağ" komandasını məyus edib: 1-0.

"Qarabağ"ın qapısından topu 18-ci dəqiqədə zalsburqlu Martin Hinteregger keçirib.
***

Zalsburq - Qarabağ oyununda hesab dəyişib: 2-0.
2-ci qola 34-cü dəqiqədə yenə də Martin Hinteregger imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31