Bakıda idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə yarışların ilk gününün qalibləri müəyyənləşib - YENİLƏNİB - FOTO

Bakıda idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə yarışların ilk gününün qalibləri müəyyənləşib. Trend  xəbər verir ki, bədii gimnastika üzrə Azərbaycan və Avropa çempionatlarının keçirildiyi Milli Gimnastika Arenasında bu dəfə ilk Avropa Oyunlarının təsnifat turnirləri ərəfəsində gimnastikanın digər növləri üzrə yarışlar təşkil olunub.

Dörd növ üzrə keçirilən yarışlarda qadın idman gimnastikasının tanınmış nümayəndəsi, "Avro-2014"ün vitse-çempionu Anna Pavlova Bakı tamaşaçılarına öz ustalığını nümayiş etdirib.

Bakı Gimnastika Məktəbini, Respublika Olimpiya İdman Liseyini, Nizami Rayon İdman Məktəbini və "Neftçi" Cəmiyyətini təmsil edən 80 idmançının qatıldığı turnirin ilk günündə yunior idman gimnastları, akrobatlar və tamblinqçilər yarışıblar.

Yarışın ilk günü balacalar, yeniyetmələr və qadınlar arasında idman gimnastikası üzrə çoxnövçülük yarışlarının qalibləri müəyyənləşib.

Balacaların mübarizəsində Səməd Məmmədli qızıl, Murad Hənifəzadə gümüş, Ramin Dəmirov bürünc medala sahib olublar. Yeniyetmələr arasında Cavidan Babayev fəxri kürsünün ən yüksək piləsinə qalxıb. İbrahim Həsənli ikinci, Fərid Əzimov üçüncü pillədə qərarlaşıblar.

Qadınların mübarizəsində isə Marina Nikrasova birinci, Mariya Smirnova ikinci, Yuliya İnşina isə üçüncü yeri tutublar.

Yarışda fasilələr zamanı batut üzrə milli komandanın üzvləri nümunəvi çıxışları ilə ustalıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası tərəfindən bu dəfə də birgə yarışlara beynəlxalq dərəcəli hakimlər - Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü Arturs Mitskevitçs (Latviya), Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin üzvləri Mario Vukoya (Xorvatiya) və Dmitriy Andreyev (Rusiya), həmçinin Gürcüstan Milli Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya, Qazaxıstan Gimnastika Məktəbinin baş məşqçisi Aleksandr Kim və Belarus Milli Gimnastika Federasiyasının baş katibi Andrey Fedorov dəvət olunublar.

---------
19:00

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, balacalar və yeniyetmələr arasında tamblinqin salto və vint hərəkətləri üzrə yarışları başa çatıb.

Balacalar arasında iki hərəkətin cəmində Adil Hacızadə birinci, Əyyub Əliyev ikinci, Elnur Məmmədov isə üçüncü olublar.

Yeniyetmələr arasında isə Zaur Allahverdiyev, Fərid Mustafayev və Nihat Usubov ilk üçlükdə qərarlaşıblar.

Tamblinq üzrə qaliblər avqustun 7-də keçiriləcək qarışıq hərəkətlər üzrə yarışlardan sonra müəyyənləşəcək.

---------
15:55

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, balacalar və yeniyetmələr arasında idman gimnastikası üzrə çoxnövçülük yarışlarının qalibləri müəyyənləşib.

Balacaların mübarizəsində Səməd Məmmədli qızıl, Murad Hənifəzadə gümüş, Ramin Dəmirov bürünc medala sahib olublar.

Yeniyetmələr arasında Cavidan Babayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İbrahim Həsənli ikinci, Fərid Əzimov isə üçüncü pillədə qərarlaşıblar.

----------
15:32

Bu gün Milli Gimnastika Arenasında idman gimnastikası, akrobatika və tamblinq üzrə növbəti birgə yarışların açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, əvvəlcə idmançıların paradı olub. Çempionatın açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Nazir müavini vurğulayıb ki, Azərbaycan gimnastları beynəlxalq turnirlərdə uğurlu çıxış edirlər və paytaxtımız bu idman növü üzrə mötəbər turnirlərə ev sahibliyi edib. İ.İsmaylov vurğulayıb ki, belə mötəbər yarışlardan biri - bədii gimnastika üzrə Avropa çempionatı cari ilin iyununda Bakıda təşkil olunub.

Qazanılan uğurlarda ölkənin birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın xidmətlərini yüksək qiymətləndirən nazir müavini ölkəmizdə bu idman növünün həmişə inkişafda olduğunu bildirib.

Daha sonra Azərbaycanın dövlət himni səsləndirildikdən sonra yarış açıq elan olunub.

Bakı Gimnastika Məktəbini, Respublika Olimpiya İdman Liseyini, Nizami Rayon İdman Məktəbini və "Neftçi" Cəmiyyətini təmsil edən 80 idmançının qatıldığı turnirin ilk günündə yunior idman gimnastları, akrobatlar və tamblinqçilər yarışıblar.

Azərbaycan Gimnastika Federasiyası tərəfindən bu dəfə də birgə yarışlara beynəlxalq dərəcəli hakimlər - Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü Arturs Mitskevitçs (Latviya), Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin üzvləri Mario Vukoya (Xorvatiya) və Dmitri Andreyev (Rusiya), həmçinin Gürcüstan Milli Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya, Qazaxıstan Gimnastika Məktəbinin baş məşqçisi Aleksandr Kim və Belarus Milli Gimnastika Federasiyasının baş katibi Andrey Fedorov dəvət olunublar.

----------
13:42

Avqustun 6-da idman gimnastikası, akrobatika və tamblinq üzrə növbəti birgə yarışlar başlayıb.

AzərTAc xəbər verir ki, bədii gimnastika üzrə Azərbaycan və Avropa çempionatlarının keçirildiyi Milli Gimnastika Arenasında bu dəfə ilk Avropa Oyunlarının təsnifat turnirləri ərəfəsində gimnastikanın digər növləri üzrə yarışlar təşkil olunub.

Dörd növ üzrə keçirilən yarışlarda qadın idman gimnastikasının tanınmış nümayəndəsi, "Avro-2014"ün vitse-çempionu Anna Pavlova Bakı tamaşaçılarına öz ustalığını nümayiş etdirəcək.

Bakı Gimnastika Məktəbini, Respublika Olimpiya İdman Liseyini, Nizami Rayon İdman Məktəbini və "Neftçi" Cəmiyyətini təmsil edən 80 idmançının qatıldığı turnirin ilk günündə yunior idman gimnastları, akrobatlar və tamblinqçilər yarışırlar.

Azərbaycan Gimnastika Federasiyası tərəfindən bu dəfə də birgə yarışlara beynəlxalq dərəcəli hakimlər - Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü Arturs Mitskevitçs (Latviya), Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin üzvləri Mario Vukoya (Xorvatiya) və Dmitriy Andreyev (Rusiya), həmçinin Gürcüstan Milli Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya, Qazaxıstan Gimnastika Məktəbinin baş məşqçisi Aleksandr Kim və Belarus Milli Gimnastika Federasiyasının baş katibi Andrey Fedorov dəvət olunublar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31