Ələkbər Məmmədov yad edildi (FOTO)
Azərbaycan futbolunun əfsanəsi "Xəzər Lənkəran" futbol klubu tərəfindən yad olunub
6 Avqust 2014 20:34 İdmanAzərbaycan futbolunun əfsanələrindən biri, AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov vəfatının üçüncü günündə dəfn olunduğu Fəxri Xiyabanda "Xəzər Lənkəran" futbol klubu tərəfindən yad olunub.ANS PRESS-in məlumatına görə, Lənkəran klubunun rəhbərliyi və komanda üzvləri məşhur futbolçunun qəbri üzərinə əklil qoyub, mərhumun ruhuna dualar oxunub."Xəzər Lənkəran"da çıxış edən əcnəbi futbolçulara Ələkbər Məmmədovun futbolçu karyerası haqqında geniş məlumat verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31