Hovard Uebb karyerasını başa vurdu
6 Avqust 2014 20:40 İdmanİngiltərənin dünyaca məşhur FİFA referisi Hovard Uebb karyerasını başa vurub. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 43 yaşlı hakim bundan sonra heç bir rəsmi oyunda ədaləti təmsil etməyəcək. Bununla da, Uebb "DÇ-2014"dən sonra karyerasını bitirəcəyi ilə bağlı verdiyi vədə əməl edib.
Qeyd edək ki, karyerası ərzində 534 oyun idarə edən ingilis referi 68 dəfə qırmızı vərəqəyə əl atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31