"Real"ın qapıçısı "Milan" yolunda
6 Avqust 2014 19:15 İdmanKeylor Navasın transferindən sonra "Real" (Madrid) klubundan ayrılacağı gözlənilən Dieqo Lopez İtaliyadan təklif alıb. Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, ispaniyalı qolkiper "Milan"ın transfer hədəfinə düşüb. Lopezin Milan təmsilçisindəki illik qazancı da açıqlanıb. 32 yaşlı qapıçı İtaliya klubunda çıxış edəcəyi təqdirdə ilinə 4,5 milyon avro qazanacaq.
Qeyd edək ki, Dieqo Lopez daha öncə verdiyi açıqlamasında "Real"da qalmaq istədiyini bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31