İbrahimoviç "Yuventus"a qayıtmaq istəyir
6 Avqust 2014 19:05 İdmanPSJ klubunun hücumçusu Zlatan İbrahimoviç yenidən İtaliya A Seriyasında oynamaq istəyir. Qol.Az-ın xəbərinə görə, bu barədə isveçli forvardın "Malmö"dəki keçmiş baş məşqçisi Stefan Hanson məlumat verib. Təcrübəli mütəxəssis İtaliya mətbuatına açıqlamasında bildirib ki, futbolçu ilə söhbət zaman İbrahimoviç ona yenidən "Yuventus"a qayıtmaq istədiyini deyib: "İbrahimoviçlə yaxşı münasibətimiz var. Tez-tez onunla söhbətimiz olur. Son söhbət zamanı o, mənə yenidən "Yuventus"a qayıtmaq istədiyini bildirdi. İbrahimoviç Turin klubunda oynamaq istəyir və pulun onun üçün əhəmiyyət kəsb etmədiyini deyir".
Qeyd edək ki, İbrahimoviç 2004-2006-cı illərdə "Yuventus"un şərəfini qoruyub və keçirdiyi 70 oyunda 23 qola imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31