İquain: "Barselona"ya keçmək istəyim olmayıb"
6 Avqust 2014 20:15 İdman"Napoli" klubunun hücumçusu Qonzalo İquain "Barselona"ya keçmək istəyi ilə bağlı yayılan xəbərləri şərh edib. Qol.Az-ın məlumatına görə, "Tribal Football"a danışan argentinalı futbolçu belə istəyinin olmadığını bildirib: "Barselona"ya keçmək istəyim olmayıb. Dünya çempionatından sonra məxsus olduğum "Napoli" klubuna qayıtmağı planlaşdırırdım. Daha öncə bununla bağlı şərh verməmişəm. Çünki danışılacaq bir şey yox idi. Əgər Messi məni "Barsa"da görmək istəyirsə, bununla qürur duyuram. Niyə də Messi "Napoli"yə gəlməsin? Əla olar, ancaq düşünürəm ki, bu, hazırda mümkünsüzdür. Çünki Messi "Barselona"nın əfsanəsidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31