Lempard "Mançester Siti"də

"Mançester Siti" klubu Frank Lempardı heyətinə cəlb edib. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 36 yaşlı yarımmüdafiəçi növbəti ilin yanvarına qədər İngiltərə təmsilçisində icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, ötən mövsüm "Çelsi"də oynayan F.Lempard bu yay "Nyu-York Siti" ilə müqavilə imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31