“Çixura” – “Neftçi” oyununda 1 dəqiqəlik sükut
6 Avqust 2014 16:02 İdmanAvropa Liqasının III təsnifat mərhələsində keçiriləcək "Çixura" (Gürcüstan) - "Neftçi" (Azərbaycan) qarşılaşması 1 dəqiqəlik sükutla başlayacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycanın ən titullu klubunun təşəbbüsü ilə dünya miqyasında tanınan futbolçu Ələkbər Məmmədovun xatirəsi Tiflisdəki matçda yad olunacaq. Futbol veteranının bir neçə gün əvvəl vəfat etməsi "Neftçi"nin UEFA-ya müraciət etməsi ilə nəticələnmişdi. Avropa futbol qurumu da bu məsələyə baxdıqdan sonra "Çixura" - "Neftçi" matçının 1 dəqiqəlik sükutla başlanmasına razılıq verib.
Qeyd edək ki, oyun avqustun 7-də keçiriləcək və Ələkbər Məmmədovun xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31