"Qarabağ"ı izləmək istəyənlərin nəzərinə!

AFFA azerkeşlərimizin matçı izləyə bilməsi üçün 500 bilet alıb

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası "Zaltsburq" - "Qarabağ" oyununda təmsilçimizi dəstəkləmək istəyən azarkeşlərə müraciət edib. ANS PRESS-in AFFA-a istinadla verdiyi məlumata görə, azerkeşlərimizin matçı izləyə bilməsi üçün 500 bilet alınıb. Biletləri əldə etmək istəyən azarkeşlər respublikamızın Avstriyadakı səfirliyinə və SOCAR-ın bu ölkədəki nümayəndəliyinə müraciət edə bilər.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün "Zaltsburq" - "Qarabağ" oyunu baş tutacaq. Matç Zaltsburq şəhərindəki eyniadlı stadionda keçiriləcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31