Azərbaycan - Özbəkistan matçının hakimləri müəyyənləşdi

Avqustun 20-də keçiriləcək Azərbaycan - Özbəkistan yoldaşlıq oyununun baş hakimi gürcüstanlı FİFA referisi George Vadaçkoria olacaq. Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, G.Vadaçkoriaya ona Levan Varamişvili və Levan Todria kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Özbəkistan oyunu saat 21:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31