Çempionlar Liqası: "Qarabağ" üçün ölüm-dirim savaşı
6 Avqust 2014 10:07 İdmanBu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilir. Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, Azərbaycanın qitənin ən nüfuzlu klub turnirindəki təmsilçisi - son ölkə çempionu "Qarabağ" da növbəti sınağına çıxır.Ağdam klubu bu turnirdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıydı. "Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırdı. Bu mərhələdə isə təmsilçimizin rəqibi Avstriya "Zalsburq"udur. Bu komandanın mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən başlaması rəqibin necə ciddi klub olmasından xəbər verir.Bakıda keçirilən ilk görüşdə 2:1 hesabıyla üstün olan komandamız indi səfərdə mərhələ adlamağa çalışacaq. Bunun üçün ağdamlılara ən azı istənilən hesablı heç-heçə də bəsdir. Qurban Qurbanovun yetirmələrinin bu çətin vəzifənin öhdəsindən necə gələcəyi maraqla gözlənilir.
Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi (cavab oyunu)
6 avqust
23:30. Zalsburq - Qarabağ
Baş hakim: Robert Madden (Şotlandiya).
Zalsburq. Red Bull Arena.
İlk oyun - 1:2.