"Barselona"nın futbolçusu milli komandadan getdi (FOTO)

  "Barselona"nın futbolçusu milli komandadan getdi.

ANS PRESS-in məlumatına görə, İspaniya millisinin və "Barselona" klubunun yarımmüdafiəçisi Xavi Hernandez bir daha milli komandanın formasını geyməyəcəyini açıqladı.

2000-ci ildən milli komandaya çağirılan Xavi bu illər ərzində 2 Avropa və 1 dünya çempionluğuna yiyələnib.

133 dəfə milli komandanın şərəfini qoruyan Xavi 13 dəfə fərqlənməyə imkan tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31