“Zalsburq” – “Qarabağ” oyununa nə qədər bilet satılıb?

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Zalsburq" - "Qarabağ" oyununa maraq böyükdür. Qol.Az-ın Avstriyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, artıq oyuna 23-24 min arası bilet satılıb.  Xatırladaq ki, qarşılaşma sabah Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31