Roys: "Borussiya"dan ayrılmağı düşünmürəm"
5 Avqust 2014 20:20 İdman"Borussiya" (Dortmund) klubunun yarımmüdafiəçisi Marko Roys haqqında yayılan transfer xəbərlərinə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, "Kicker"ə danışan almaniyalı futbolçu yeni mövsümdə də "Borussiya"da qalacağını deyib. "Daha öncə dediyimi təkrarlamaq istəyirəm. "Borussiya"da oynamaqdan məmnunam və buradan ayrılmağı düşünmürəm. Hazırda mənim üçün əsas olan optimal formamı yığmaqdır. Başqa şeylər haqda düşünmürəm".
Qeyd edək ki, Roysla "Barselona" və "Bavariya" klubları yaxından maraqlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31