Anri: "Ronaldo və Messi şoumendir"
5 Avqust 2014 20:15 İdmanFransa futbolunun canlı əfsanəsi Tyeri Anri maraqlı fikirləri ilə diqqət mərkəzinə düşüb. Qol.Az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Anri Kriştiano Ronaldo və Lionel Messinin dünyanın ən yaxşı futbolçuları yox, şoumen olduqlarını bildirib: "Driblinqlər - bunlar bütünlükdə futbol demək deyil. Ronaldo və Messi şoumendir. Ancaq Tomas Müller əsl futbol oynayır. O hər şey yerli-yerində edir. Qol vurur, müdafiə olunur, hücuma keçir və topu özündə saxlayır. Nəyə görə onun "DÇ-2014"dəki çıxışından danışmırlar. Əgər oğlum hazırda futbol oynasaydı, ona nümunə kimi Müller və Riberini göstərərdim".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31