"Beşiktaş"ın keçmiş kapitanı “Sivasspor”da
5 Avqust 2014 12:56 İdmanHeyətini gücləndirməyə çalışan "Sivasspor" "Beşiktaş"ın və Türkiyə millisinin sabiq müdafiəçi İbrahim Toramanı transfer edib. Lent.az-ın məlumatına görə, "qara qartallar"ın baş məşqçisi Slaven Biliçin heyətdə görmək istəmədiyi müdafiəçi Sivas klubuna keçməyə razılıq verib. Bundan başqa "Sivasspor" "Fənərbağça"nın heyətdən uzaqlaşdırmaq istədiyi Kristian Baronini də transfer etmək niyyətindədir.
Qeyd edək ki, "Sivasspor" bu yay Batuhan Karadəniz, Sərdar Özkan, Makauley Krisantus, Musa Sinan Yılmazər, Bərk Nəziroğluları, Pekin Köşnək və qolkiper Dəniz Öksüzü heyətinə qatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31