"Barselona"da ciddi itki
4 Avqust 2014 20:05 İdman"Barselona" klubunun yarımmüdafiəçisi Xavi Hernandez zədələnib. Qol.Az-ın məlumatına görə, 34 yaşlı futbolçu komandasının son məşqində baldırından zədə alıb. Klubdan verilən açıqlamada Xavinin hansı müddətə sıradan çıxmasının məlum olmadığı bildirilib: "Ötən gün baş tutan məşqdə Xavi baldırından zədə aldı. Tibbi müayinədən sonra futbolçunun nə vaxt yaşıl meydanlara qayıdacağı müəyyənləşəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31