"Çixura" - "Neftçi" matçının hakimləri müəyyənləşdi

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Çixura" - "Neftçi" matçının hakimləri müəyyənləşib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Tiflis şəhərindəki Mixeil Mesxi stadionunda keçiriləcək oyunu macarıstanlı hakimlər briqadası idarə edəcək. Matçıb baş hakimi Tamas Boqnar olacaq. Ona Qyörgi Rinq və Peter Beretyan köməklik edəcək. Adam Farkas isə dördüncü hakim funkisyasını yerinə yetirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31