“Qarabağ” futbolçuları “Zalsburq”la oyuna qara sarğılarla çıxa bilərlər
Qurban Qurbanov: “UEFA adətən matça bir gün qalmış cavab verir”
4 Avqust 2014 18:12 İdmanAğdamın "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov son günlərdə cəbhə xəttində baş verən hadisələrə münasibət bildirib. Son günlər atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgərlərinin şəhid olduğunu xatırladan Q.Qurbanovun sözlərinə görə, baş verənlər çox ağrılıdır: "İnşallah yaxşı nəticə əldə edib azərkeşləri sevindirərik. UEFA adətən matça bir gün qalmış cavab verir. İnşallah rəsmi qərar verilər və biz matça qara sarğı ilə çıxarıq. "Zaltsburq"la son oyunu buraxması onların bu matça necə ciddi önəm verdiklərinin əyani sübutdur. Amma buna baxmayaraq biz matça ciddi şəkildə hazırlaşırıq. Sonacan mübarizə apararaq yaxşı nəticə əldə etməyə çalışacağıq". ("OLAYLAR" İA)