İdmançımız göydə uçdu
Uçuşların təlimçisi Hollandiyadan dəvət olunmuş təcrübəli mütəxassisdir
4 Avqust 2014 15:52 İdmanPasport RockStone ekstremal idman klubunun dəstəyi ilə Azərbaycanda ilk dəfə Milli Paralimpiya Komitəsinin idmançısı Kamal Məmmədov paraplanda uçuş təlimlərinə cəlb olunub. "Olaylar"ın Anspress-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin İnkişaf, İnformasiya və tədris şöbəsinin müdiri, Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru Kamal Məmmədov məlumat verib. Uçuşların təlimçisi Hollandiyadan dəvət olunmuş təcrübəli mütəxəssis Stefan Carltondur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31