Nazirlikdən açıqlama
I Avropa Oyunlarında informasiya və telekommunikasiya xidmətləri yüksək səviyyədə olacaq
4 Avqust 2014 14:05 İdmanI Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin tövsiyələrinə uyğun olaraq, oyunların keçiriləcəyi 20 stadion, arena, idman mərkəzlərinin və 41 təşkilati məkanın keyfiyyətli, fasiləsiz, dayanıqlı telekommunikasiya, internet və mobil xidmətlərlə nazirlik tərəfindən təmin edilməsi nəzərdə tutulur. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 2013" adlı illik hesabatda qeyd olunur ki, oyunların keyfiyyətli və dayanıqlı telekommunikasiya və radiotezliklərlə təmin edilməsi məqsədilə I Avropa Oyunlarının təşkili üzrə yaradılmış Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) ilə nazirlikdə mütəmadi müzakirələr aparılır, rabitə xidmətlərinə olan tələbatlar müəyyənləşdirilir və oyunların sözügedən xidmətlərlə təminatı üçün müvafiq işlər görülür.