Braziliyalı futbolçular şəhidlərimizə biganə qalmadı (FOTO)
Onların bu addımı bir çox insanların ürəyincə olub
2 Avqust 2014 07:34 İdmanLegionerlərimiz şəhidlərimizi unutmadı.
ANS PRESS-in məlumatına görə, ötən gecə Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin 8 hərbçisinin şəhid edilməsi idman ictimaiyyətinin də diqqətindən kənarda qalmayıb.
Belə ki, Ağdamı təmsil edən "Qarabağ" futbol klubunun braziliyalı legionerləri Reynaldo dos Santos və Ansi Aqolli sosial şəbəkədə paylaşdıqları şəkillə xalqımızın dərdinə şərik çıxdıqlarını nümayiş etdiriblər. Onların bu addımı ağdamlı azarkeşlərlə yanaşı, bir çox insanların ürəyincə olub.
Qeyd edək ki, komandanın "Zaltsburq"la (Avstriya) cavab oyununda qara formada və qara sarğıda çıxış etmək istədiyi bildirilir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31